"Kəpəz" "Neftçi" ilə oyuna hazırdı

Azərbaycan Premyer Liqasının XIX turunda “Neftçi”nin qonağı olacaq “Kəpəz” ötən gün keçirdiyi son məşqlə qarşıdakı matçın hazırlığını başa vurub.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın oyun öncəsi son məşqinin görüşə ev sahibliyi edəcək “Bakcell Arena”da keçirilməsi nəzərdə tutulsa da, məlum hava şəraiti buna mane olub. 

Arenanın oyuna hazır vəziyyətə gətirilməsi üçün günboyu meydança qardan təmizləndiyindən “Kəpəz” “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasının qapalı manejində məşq keçib.

Qeyd edək ki, “Kəpəz”in heyətində itki yoxdur. Gəncə klubunun əvvəlki iki turu buraxan futbolçusu Renan Da Silvanın cəza dövrü başa çatdığından müdafiəçi sabahkı oyunda komandaya kömək edə biləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right