Millimizin toplanışına görə Premyer Liqanın təqvimi dəyişdirildi

Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib.

Newsport.az-ın məlumatına görə, buna Azərbaycan millisinin martın 7-9-da Qətərin paytaxtı Dohada toplanış keçirməsi səbəb olub.

AFFA Peşəkar Futbol Liqasına müraciət edərək bu səbəbdən Premyer Liqanın XXII turunda dəyişiklik edilməsini xahiş edib.  Milli komanda amilini nəzərə alan PFL də bununla bağlı qərar verib.

Qərara əsasən XXII turunun “Kəpəz” – “Zirə” və “İnter” – “Sumqayıt” matçları martın 11-dən 13-nə, “Qarabağ” – AZAL və “Neftçi” – “Qəbələ” matçları 12-dən 14-nə keçirilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right