Azərbaycan Premyer Liqasında 19-cu turun oyunlarına bütün təyinatları müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, bu haqda Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.
Turun mərkəzi oyunu – “Qəbələ” – “Qarabağ” görüşü Fariz Yusifova həvalə olunub. Ona Elman Musayev, Azər Əsgərov və Ömər Paşayev (dördüncü hakim) kömək edəcək.
Ümumilikdə, 19-cu turun təyinatları aşağıdakı kimidir:
18 fevral (şənbə)
“Neftçi” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev
“İnter” – “Zirə”
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Ziya Nəsirov
19 fevral (bazar)
“Sumqayıt” – AZAL
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov
“Qəbələ” – “Qarabağ”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
Əlavə edək ki, “Qəbələ” – “Qarabağ” görüşü Fariz Yusifova həvalə olunacağı haqda ilk xəbəri Newsport.az yamzmışdı. http://newsport.az/news/az-football/24750