Ramin Musayev: "Qəbələ" - "Qarabağ" matçını Yusifov idarə etsə, yaxşı olar"

"Xaqani Məmmədovdan xahiş etdim ki, Qəbələyə təcürbəsi çox olan hakim göndərsin". 

Newsport.az-ın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayev "Qəbələ" və "Qarabağ" arasında Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində keçiriləcək oyuna hakim təyinatları barədə danışarkən deyib. 

Təşkilatçı qurumun rəhbəri bildirib ki, oyunu Fariz Yusifov kimi təcrübəli referinin idarə etməsi daha doğru olar: "Həmin matça gənc hakim təyin etmək yanlışlıq olar. Həmin referi Fariz Yusifovdurmu? Yalan deyə bilmərəm, çünki təyinatlarla tanış deyiləm. Ancaq fikrimcə, Qəbələdəki oyuna yəqin ki, o, təyinat alacaq. Yusifov idarə etsə, yaxşı olar".

Qeyd edək ki, fevralın 19-da keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı saat 17:30-da başlayacaq.

Report





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right