"Baş məşqçimizin bizdən tələbi odur ki..." Riçard Almeyda

"Qarabağ"ın futbolçusu Riçard Almeyda Topaz Premyer Liqanın 19-cu turunda "Qəbələ" ilə keçiriləcək oyun haqda fikirlərini bildirib.

Newsport.az-ın klubun "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, braziliyalı yarımmüdafiəçi səfər matçına ciddi hazırlaşdıqlarını deyib:

"Başqa rəqiblərə qarşı necə hazırlaşırıqsa, “Qəbələ”yə qarşı da eyni ciddiyyətlə, eyni peşəkarlıqla hazırlaşırıq. Çünki baş məşqçimizin bizdən tələbi odur ki, heç bir rəqib arasında fərq qoymayaq. Bu səbəbdən bütün rəqiblərə eyni gözlə baxırıq və eyni ciddiyyətlə hazırlaşırıq". 

Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" matçı fevralın 19-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right