"Sivasspor"un sabiq futbolçusu AZAL-da

Paytaxtın AZAL klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, söhbət Mərakeş millisinin sabiq üzvü Mehdi Taoulidən gedir. Bu barədə məlumatı "təyyarəçilər"in mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov verib. O bildirib ki,  33 yaşlı futbolçu gecə saatlarında Bakıya gələcək və sabah AZAL-la mövsümün sonuna qədər müqavilə imzalayacaq. 

Qeyd edək ki, hücumameyilli yarımmüdafiəçinin son klubu Türkiyə "Sivasspor"u olub. O, karyerası ərzində "Nansi" və "Monpelye" kimi tanınmış klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right