Qara Qarayev: "Himnimizin yerinə Rəmişin diskini vermişdi"

"Əslində, futbolçu karyeramızda maraqlı hadisələr çox olub. Ən maraqlısı U-19 yığmasının heyətində baş verib".

Newsport.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev bildirib.

AFFA-nın "Facebook" səhifəsində "Sualla zərbə" rubrikasının qonağı olan yarımmüdafiəçi hələ U-19 yığmasında çıxış edərkən qarşılaşdığı gülməli hadisədən danışıb:

"Bosniya və Herseqovinada elit-raund oynayrıdıq. Bizdən dövlətimizin himnini istəmişdilər. Bizim də Elxan dayımız var. O da səhvən Rəmişin diskini vermişdi. Diski qoyanda "Can ay Rəmiş" başladı. Milli komandamızda hamını gülmək tutdu ki, bu, nə mahnıdır. Elxan dayı da dedi ki, səhv salmşam, indi düzəldəcəyəm, narahat olmayın".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right