Azərbaycan Premyer Liqasının XIX turunda keçiriləcək “Qəbələ” – “Qarabağ” oyununun baş hakimi bəlli olub.
Newsport.az-ın əldə etdiyi məlumata görə, fevralın 19-u saat 17:30-da start götürəcək qarşılaşmanı Fariz Yusifov idarə edəcək.
Qeyd edək ki, hazırda 18 turdan sonra “Qarabağ” 42 xalla turnir cədvəlində birinci, “Qəbələ” isə 39 xalla ikinci yeri tutur.