"İnter" AZAL-ı, "Neftçi" "Sumqayıt"ı məğlub etdi YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulacaq. 


Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə daha iki görüş keçiriləcək. 

AZAL öz meydanında "İnter"i qəbul edəcək. Turnir cədvəlində sonuncu olan "təyyaçilər" 2017-ci ildəki ilk qələbəsini "İnter" üzərində qazanmağa çalışacaq. Son 2 turda cəmi 1 xal toplayan Zaur Svanadzenin komandasının da hədəfi 3 xaldır. 

Turun son oyunu isə "Bakcell Arena"da keçiriləcək. "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək. III dövrəyə uğurla start verən 2 komandanın qarşıdurması maraqla gözlənilir. 

Azərbaycan Premyer Liqası

XVIII tur

13 fevral (bazar ertəsi)

15:00.AZAL - “İnter”  0:1

Qol: Nizami Hacıyev, 84
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov
“AZAL Arena”

17:30.“Neftçi” - “Sumqayıt”  1:0

Qol: Barqas, 87
Hakimlər:
 Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov
8-ci kilometr qəsəbə stadionu 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right