"Heç-heçə ədalətli nəticə olardı" - Şahin Diniyev

Premyer-liqanın 18-ci turu çərçivəsində "Qarabağ"la qarşılaşan "Kəpəz"in baş məşqçisi Şahin Diniyev oyundan sonra fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, mütəxəssis lubun rəsmi saytına açıqlamasında minimal hesabla uduzduqları matçı bu cür şərh edib:

"Meydanda bir-birinə güzəştə getmək istəməyən iki rəqib vardı, hamı xal, qələbə qazanmağa çalışırdı. Sadəcə, adi bir epizodda ustalıq oyunun taleyini həll etdi. 90 dəqiqə gərgin mübarizə getdi. Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticə olardı. Bu oyun bizim üçün dönüş nöqtəsi idi. Futbolçular yavaş-yavaş özlərinə gəlir. Nəticədən yox, oyundan razıyam, uşaqlar meydançanın hər qarışı uğrunda vuruşdular. İrəli baxmaq lazımdır, komandanın oyunu var və nəticə də gələcək. Evdə daha çox oyun keçirəcəyik. Odur ki, səfərdə itirdiyimiz xalları yığmaq imkanımız olacaq. Komanda çətin psixoloji durumdan çıxa bildi. Rəqibi də qələbəyə görə təbrik edirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right