"Futbolçular belə bir meydanda xarakter göstərdilər"

Premyer Liqanın 18-ci turunda "Qarabağ" səfərdə "Kəpəz"i 1:0 hesabıyla məğlub edib.

 

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Azarkeşlər üçün maraqlı oyun oldu. Futbolçular belə bir meydanda xarakter göstərdilər. Qələbə üçün nə lazımıydısa, komandam bəlkə artığını etdi. Azarkeşlərimizə təşəkkür edirəm, bu gün də stadiondaydılar. "Kəpəz" azarkeşlərinə də təşəkkür edirəm, məni və komandamı yaxşı qarşıladılar. Şahin Diniyev və "Kəpəz"ə qarşıdakı oyunlarda uğurlar arzulayıram".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right