"Şəmkir" və "Zaqatala" turu 3 xalla başa vurdu

Bu gün futbol üzrə Azərbaycan çempionatının birinci divizionunun 15-ci turunda daha iki qarşılaşma baş tutub.

Newsport.az-ın məlumatına görə, "Şəmkir" doğma azarkeşləri önündə "Şahdağ"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər qarşılaşmada isə "Zaqatala" "Rəvan"ı qonaq edib. 4 qolun vurulduğu oyunda zaqatalalılar 3:1 hesablı qələbəyə sevinib.

Günün son matçında isə "Səbail"i MOİK-i qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right