"Qəbələ"nin futbolçusu Ukraynaya getdi

Azərbaycan Premyer Liqasının XVII turunda keçirilən "Qəbələ" - AZAL matçında (2 - 0) zədələnən Vitali Vernidub Ukraynaya yollanıb.

Newsport.az-ın məlumatına görə, o, iki həftədən sonra Azərbaycana qayıdacaq. "Qırmızı-qaralar"ın müdafiəçisinin ayağına qoyulan gips məhz bu müddətdən sonra açılacaq.

Yalnız bundan sonra ukraynalı müdafiəçinin son durumuna aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right