"Qəbələ" 5 oyundan 4-də qalib gəldi

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib.
 

Newsport.az-ın məlumatına görə, AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda çıxış edən komandalarson bir həftədə 5 qarşılaşmaya çıxıb. 
 
U-19 evdə “İnter”lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. 18 oyundan sonra hesabında 41 xal olan “qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb.

U-17 də “İnter”lə üz-üzə gəlib. 2 cavabsız qolla qələbə qazanan "Qəbələ" 38 xal toplayaraq  2-ci pillədə yer alıb.

“Turan”ın qonağı olan U-16 isə səfərdən böyükhesablı qələbə ilə qayıdıb – 6:1. Bunadək “Ağsu”nu 8 cavabsız qolla məğlub edən “qırmızı-qaralar” 14 oyunda 28 xal toplayaraq 3-cü pillədədir. 

U-15 öz meydanında “Kəpəz”lə görüşüb. Komanda 3 xalı 3 qolla qazanıb – 3:1. 14 matçda 40 xal toplayan “Qəbələ” yarışın vahid lideridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right