"Komandada “Neftçi”yə qarşı sindrom yaranıb" - Svanadze

Azərbaycan Premyer Liqasının 17-ci turunda evdə “Neftçi”yə uduzan (1:3) “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, gürcü mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

- Kompleks şəkildə yaxşı oynamadıq. Xüsusilə müdafiə xəttində çox pis çıxış etdik. Ümid edirəm ki, növbəti oyunlarda bu vəziyyəti düzəldərik. “Neftçi”yə qarşı kompleks yaranıb deyəsən. Çempionatda son iki məğlubiyyəti bu komadaya qarşı oyunlarda almışıq. Hesab 1:2 olduğu zaman yaxşı şanslarımız var idi. Ancaq dəyərləndirə bilmədik. Bu, futboldu. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- Elnur Abdullayevin yoxluğu komandaya necə təsir göstərdi?
- Ruslan Abışovun getməsindən sonra dayaq yarımmüdafiəçimiz yoxdu. Buna görə, Skarlatakeni irəli çəkmişdik.

- Beynəlxalq Bankın sponsorluqdan imtina etməsindən sonra komandada ruh düşkünlüyü yaranmayıb ki?
- Xeyr, belə deməzdim. Sadəcə, komandada “Neftçi”yə qarşı sindrom yaranıb. Peşəkar futbolçu meydana çıxan zaman hər şeyi unudur, yalnız oyuna köklənir.

- Bukmeker kontorlarında oyundan öncə “Neftçi”nin qələbəsinə daha çox pul qoyulub. Futbolçularınızın bu oyunu vermək ehtimalı nə dərəcədədi? 
- Xeyr, mənim komandam belə şeylərə əl atmır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right