“Təəssüf ki, əvvəl bu heyətlə oynamırdıq” - Elxan Abdullayev

Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə “İnter”ə qalib gələn (3:1) “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, Abdullayev əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Komandamı təbrik edirəm. Bu 3 xal bizə çox lazım idi. Yeni ildən sonrakı ilk iki görüşdə qələbə qazana bilməmişdik. İlk hissədə erkən qol vursaq da, bir ara problem yaşadıq. Amma ikinci hissədə gözəl futbol oynadıq. Hücumçularımızın qol vurmasına çox sevindim. Potensialımız var, daha yaxşı oyun göstərmək olar.

- Bu oyunla 4-cü pilləyə qalxmaq perspektiviniz nə qədərdi?
- Fasilədən əvvəl uşaqlara deyirdim ki, nə vaxtsa itirilən xallar bizə lazım olacaq. 3 xala görə vuruşacağıq. Biz öz oyunumuzu göstərib qələbələrimizi qazanmağa çalışacağıq.

- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiniz?
- Ağır oyun olacaq. Amma qələbə qazanmağa çalışacağıq.

- Düşünmək olarmı ki, “Neftçi” tamamişə dəyişib.
- Bəli, çox dəyişib. Futbolçular özlərinə inamlı çıxış edirlər. Buraxılan qola görə qapıçımızı qınamıram. Çoxdandı oynamır, praktika baxımdan problemi var. Təəssüf ki, mövsümün əvvəlində bu heyətlə oynamırdıq.

- Bugünkü “Neftçi” sizin tam görmək istədiyiniz komandadı?
- Əlbəttə, xeyr. Biz üzərimizdə çox işləməliyik. Heç bir məşqçi tam razı qala bilməz.

- Bu gün limitə görə Maksim Vaylonu oynatdınız. Bu problem nədən qaynaqlanır?
- Bizdə 5 zədəli yerli futbolçu var. Baykoviç sözsüz ki, Vaylodan güclüdü. Amma onu qınamırıq. Çalışacağıq gələn matçlarda da ona şans verək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right