Polşanın "Lex" klubunun futbolçusu Məhəmməd Keytanın "Qarabağ"a keçəcəyi ilə bağlı xəbərlər yayılıb. Belə ki, Polşa və Norveç mətbuatı futbolçunun yaxın günlərdə "Qarabağ"la müqavilə imzalayacağını iddia edib.
Newsport.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən ağdamlıların icraçı direktoru Əmrah Çəlikəl xəbəri təkzib edib. Klub rəsmisi Keyta ilə danışıqlar aparıldığını təsdiq edib. Lakin Keytadan imtina edilib. 26 yaşlı forvardın səviyyəsi "Qarabağ"ı qane etməyib.
Qeyd edək ki, Keyta özü verdiyi açıqlamada da "Qarabağ"la danışıqlar apardığını bildirmişdi.