“Xəzər Lənkəran” Premyer Liqanın X turunda səfərdə “Sumqayıt” klubu ilə qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, həmin matçın başlama saatı və televiziya ilə yayımlanacağı artıq indidən məlumdur.
Belə ki, 12cioyucnu.info saytının əldə etdiyi məlumata görə oktyabrın 29-da Sumqayıt şəhərində yerləşən “Kapital Bank Arena” stadionunda keçiriləcək “Sumqayıt” – “Xəzər Lənkəran” görüşü saat 16:00-da start götürəcək və “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.