İlk het-trik

2014/15 mövsümündə ilk het-trik qeydə alınıb. 

Newsport.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Araz-Naxçıvan”la qarşılaşmada “Simurq”un 3 qoluna imza atan Rəşad Eyyubov cari çempionatda het-trik müəllifi olan ilk futbolçu kimi tarixə düşüb. 

İkinci hissədə vurduğu 3 qolla 22 yaşlı futbolçu toplarının sayını mövsümdə 6-ya, ümumilikdə 11-ə çatdırıb. Rəşad “Simurq”un heyətində Premyer Liqada het-trikə imza atan 2-ci futbolçu olub. Ona qədər Vladimir Mazyar bunu bacarmışdı. 

Klub tarixinin ən məhsuldar oyunçusu 2006/07 mövsümündə “Simurq”un ilk het-trikini gerçəkləşdirmişdi. Ukraynalı legioner 2007-ci il mayın 12-də “Qarabağ”la ev oyununda 3:0 hesablı qələbəyə 3 topla töhfə vermişdi. “Simurq”un çempionatdakı 2-ci het-triki 7 il 5 aydan sonra qeydə alındı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right