“Qarabağ” klubunun yeni transferi Emeqara Topaz Premyer Liqasının IX turunda “Xəzər Lənkəran”la oyundan sonra Newsport.az saytına müsahibə verib.
- “Xəzər Lənkəran”la matçda qələbə qazandız. Oyun haqda nə deyə bilərsən?
- Yaxşı oyun idi. Həmçinin də çətin keçdi.
- Bu cür çətin olacağını gözləyirdin?
- Hardasa gözləyirdim. Çünki rəqib də güclü komanda idi və bu cür ağır olacağı başadüşüləndi.
- “Xəzər Lənkəran” matça üstün başlasa da, siz ardıcıl üç qol vurduz. Necə alındı bu?
- Məncə, yaxşı başladıq oyuna. Vaxt keçdikcə də, daha yaxşı hücum etdik. İlk 20 dəqiqə daha yaxşı keçdi. Ona görə də səhvlərdən istifadə edib qollarımızı vurduq. Bu da qələbə qazanmağımızda böyük rol oynadı.
- İkinci hissədə isə rəqib üç dəqiqəyə 2 qol vurdu. Düşündün ki, qələbə əldən çıxa bilər?
- Bizim də hardasa səhvlərimiz oldu. Rəqib də bundan istifadə etdi. Futbol bu cürdü. Səhvlərdən istifadə edilir. Amma ən başlıcası budu ki, biz üç xalı qazana bildik. İkinci hissənin çox ağır keçdiyini deyə bilərəm.
- Start heyətində meydana çıxmışdın. Çətin olmadıki?
- Yox, hər şey qaydasında idi. Start heyətində meydana çıxdığıma görə də şadam. Vurduğum qollar da məni sevindirdi.
- Komandan Avropa Liqasında da mübarizə aparır. “Dnepr”lə matçdakı şanslarını necə görürsən?
- Əslində çox yaxşı şansımız var. Çünki “Dnepr”ə səfərdə qalib gəlmişik. İndi Bakıda onlarla oynayacağıq. Burada da qalib gələ bilərik. Çətin olacaq.
- İndi komandan qrupda ikinci pillədədi. Necə düşünürsən ən azından ikinci pillə ilə növbəti mərhələyə yüksələ bilərik?
- Mən də bunu deyirəm. Bizim növbəti mərhələ üçün də yaxşı şansımız var. “Dnepr”lə oyunda qalib gəlsək,daha yaxşı olacaq. “İnter”lə Bakıdakı oyunumuz da var. Bu matça kimi də qrupda daha yaxşı vəziyyətdə ola bilərik. Oynayacağıq. Hər halda düşünürəm ki, yaxşı şanslarımız var növbəti mərhəl əüçün. İstifadə etməliyik bundan.