Dani Kintana İspaniyaya gedir

Azərbaycan Premyer Liqasının XVI turunda AZAL-la matçda zədələnən "Qarabağ"ın futbolçusu Dani Kintananın çarpaz bağlarının qırıldığı və futbolçu üçün mövsümün başa çatdığı barədə xəbər vermişdik.

Newsport.az-ın məlumatına görə, 6 ay yaşıl meydanlardan uzaq qalacaq futbolçu yaxın günlərdə müalicəyə başlayacaq. Kintana bunun üçün Azərbaycanı tərk edəcək. 29 yaşlı futbolçu bu gün vətəni İspaniyaya  yollanacaq və orada əməliyyat olunacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right