"Kəpəz” komandası Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə qarşılaşacağı "Sumqayıt”la görüşün hazırlıqlarına başlayıb.
Newsport.az xəbər verir ki, bir günlük istirahətin ardından bugünkü məşq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında olub.
Gəncə klubu sabah saat 12:00-da "Dalğa Arena”da hazırlıq keçəcək. Oyunöncəsi son məşq prosesi (fevralın 8-i saat 15:00-da) matçın keçiriləcəyi "Kapital Bank Arena"da olacaq.