"Neftçi"də 2 ciddi itki

Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə "İnter"in qonağı olacaq "Neftçi"nin heyətində ciddi itkilər var. 

 

Newsport.az xəbər verir ki, "ağ-qaralar" paytaxt derbisində Ruslan Abışov və Cavid İmamverdiyevin xidmətindən istifadə edə bilməyəcək. Ruslan sarı vərəqə limitini doldurduğu üçün sabiq komandasına qarşı oynaya bilməyəcək. 

 

Cavid isə "Qəbələ" ilə matçda zədələndiyinə görə "İnter"lə oyunu burxacaq. Əzələsində dartılma olan İmamverdiyevin təxminən 2 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. 

 

Qeyd edək ki, "İnter" - "Neftçi" matçı fevralın 9-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right