Dani Kinatananın durumuna aydınlıq gəldi: Üzücü xəbər

Azərbaycan Premyer Liqasının 16-cı turunun AZAL – “Qarabağ” (1:2) matçında zədələnərək meydanı tərk edən Ağdam klubunun yarımmüdafiəçisi Dani Kintana mövsümü erkən başa vurub.

 

Klubdan Newsport.az-a verilən məlumata görə, ispaniyalı futbolçu tibbi müayinədən keçib. Kintananın dizinin çarpaz bağlarının qopduğu məlum olub. 29 yaşlı oyunçu azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Dani Kintana bu mövsüm "Qarabağ"ın heyətində 6 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right