Premyer Liqanın 16-cı turunun hazırda keçirilən “Zirə” – “Kəpəz” oyununda meydan sahibləri azlıqda qalıb.
Newsport.az-ın məlumatına görə, görüşün baş hakimi Elvin Əsgərov “Zirə”nin yarımmüdafiəçisi Sezar Meza Kollini meydandan qovub.
Paraqvaylı futbolçu matçın 28-ci dəqiqəsində rəqib oyunçusu Renan Silvaya qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.