"2 xaldan məhrum olduq" Zaur Svanadze

Azərbaycan Premyer Liqasının XVI turunda baş tutan “Sumqayıt” – “İnter” oyunu 2:2 hesablı bərabərliklə başa çatıb.

 

Newsport.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında “İnter”in baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib:   

 

- Ümumilikdə, futbolçularımdan razı qaldım. Hər iki komanda yaxşlı futbol sərgilədi. Təəssüf ki, oyunun son dəqiqələrində qol buraxdıq, 2 xaldan məhrum olduq. Amma bunlar futbolda olur, növbəti oyunlarımıza hazırlaşmalıyıq. 

 

- İki fərqli hissə izlədik. İlk hissədə hücumlarınız alınmasa da, ikinci hissədə yaxşı oynaya bildiniz. Bunun səbəbi rəqibin yorulması ilə əlaqədar idi, yoxsa Slavik Alxasovun oyuna daxil olması ilə?
- Fasilədə futbolçulara qalib gələ biləcəyimizi dedim. Tempi ikinci hissədə yaxşı artırdıq. Slavik də oyuna yaxşı qoşuldu. 

 

- “Sumqayıt” 6 oyundu ki, məğlub olmur. Təcrübəli çalışdırıcı kimi, bunu nə ilə əlaqələndirə bilərsiniz?
- Məşqçi işinə görə. Həm də futbolçuları meydanda can qoyurlar. (Futbol11.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right