"Komandadakı dəyişikliyin “Neftçi”yə xeyri dəyəcəyini düşünürəm" - Hüqo Barqas

“Bizi necə oyun gözlədiyini bilirdik. Ona görə, çalışırdıq ki, müdafiədən oynayaq. Rəqibin matç başlayan kimi üzərimizə atılacağı gözlənilən idi”.

Newsport.az-ın məlumatına görə bu sözləri “Neftçi”nin hücumçusu Hüqo Barqas deyib.

Azərbaycan Premyer Luqasının XVI turunda “Qəbələ” ilə qarşılaşan “ağ-qaralar” matçdan məğlub (0:1) ayrılıblar.

Oyundan sonra açıqlama verən fransız hücumçu matçı belə şərh edib: “İlk hissədə bir imkanımız oldu, əgər ondan yararlana bilsəydik, vəziyyət bəlkə də daha fərqli ola bilərdi. Ancaq yenə deyirəm, pis oynamadıq. Bu görüşü unudub növbəti matçlara hazırlaşmaq lazımdı”.

- “Neftçi” ilə müqavilə imzalayanda bilirdin ki, sizdən 2 gün sonra daha bir hücumçu alacaqlar?

- Bu haqda məlumatım yox idi. Ancaq sevinirəm ki, komandada iki hücumçu var. Sağlam rəqabətdən inkişaf yaranır. Hər ikimiz peşəkar futbolçularıq, çalışacağıq ki, birlikdə komandamıza xeyir verək.

- “Qəbələ”nin yeni transferi Subotiç ilk oyunundaca fərqləndi. Sizin belə bir iddanız yox idi ki?

- Xaraktercə pozitiv adamam. Hər oyundan öncə düşünürəm ki, çıxıb qol vuracam. Bu oyunda da imkanım oldu, ancaq qapıçı yaxşı “seyv”lə qola imkan vermədi. Buna baxmayaraq, “Neftçi” yeni komandadı, oyunçular təzə gəliblər, 2-3 ay lazımdı ki, komanda tam formaya düşsün.

- Ümumiyyətlə, hansı komandaya gəldiyini bilirmi? “Neftçi”nin tarixi haqqında məlumatı varmı?

- Əlbəttə ki, hansı komandaya gəldiyimi bilirdim. Xəbərim var idi ki, “Neftçi” ardıcıl 3 il çempionluq qazanıb. Ancaq onu da bilirdim ki, ötən il və cari mövsüm işlər heç də istənilən kimi getməyib. Komandadakı dəyişikliyin “Neftçi”yə xeyri dəyəcəyini düşünürəm.

- Təxminən nə qədər vaxta “Neftçi” autsayderlər sırasından çıxa biləcək?

- Bayaq da vurğuladım ki, komandaya hələ bir qədər vaxt lazımdı. Mən cəmi 3 gündü qoşulmuşam. İnanıram ki, bir müddət sonra hər şey yaxşı olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right