AZAL-ın hücumçusu Sadio Tounkara Premyer Liqanın 16-cı turunda “Qarabağ”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Malili futbolçu oyunda qırmızı vərəqə alaraq meydandan qovulmasından danışıb.
- Epizodun təkrarına baxanda görünürdü ki, qayda pozuntusu yoxdur. Fikrin nədir?
- Başa düşmədim ki, hakim bunu “Qarabağ”a görəmi etdi? Heç nə anlaya bilmədim.
- Sən İbrahim Şehiçə toxunmuşdun?
- Orda heç nə yox idi. Mən heç kimə toxunmamışam.
- Bəlkə, hakimə etiraz etdiyin üçün qırmızı vərəqə ilə cəzalandın?
- Mən hakimə heç bir etiraz etməmişəm.
- Bu qərarın “Qarabağ”a nə dərəcədə köməyi oldu? Düşünmürsən ki, tam heyətlə oynasaydınız, uduzmazdınız?
- Tam heyətlə oynasaydıq, məncə, məğlub olmazdıq, ən azından heç-heçə edə bilərdik.