Subotiç qayıtdı və ilk oyundaca qol vurdu

Yenidən “Qəbələ”yə qayıdan Daniel Subotiç bu gün köhnə komandasına qayıdışında ilk oyuna çıxıb.

Newsport.az-ın məlumatına görə Premyer Liqanın 16-cı turunun “Neftçi”yə qarşı görüşündə isveçrəli hücumçu ikinci hissədə Baqali Dabonun əvəz edərək meydana daxil olub. Matçın 77-ci dəqiqəsində isə o, hesabı açıb.

Xatırladaq ki, Subotiç 2013/14 mövsümündə də “Qəbələ”yə oynayıb və Premyer Liqada 29 oyunda 12 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right