Tahir Gözəl: "Oğuz Çətini təbrik edirəm"

“Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl Topaz Premyer Liqasının IX turunda “Xəzər Lənkəran”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, Gözəl bəy komandasının 3:2 hesablı qələbəsini belə şərh edib: "Birinci hissədə 3 qol vurduq. İkinci hissə üçün də rəqibin baş məşqçisi Oğuz Çətini təbrik edirəm, yaxşı oynadılar. Açığı, “Xəzər Lənkəran” bizi qorxutdu. Bu futboldu, necə keçəcəyi bilinməz. Şükürlər olsun ki, qalib gəldik. Çox həyəcanlı matç oldu".

Yeni transfer, dubl edən İnnosent Emeqara haqda da danışam Gözəl bildirib ki, isveçrəli futbolçu komandaya tam uyğunlaşmayıb: “Onun çıxışından razı qaldım. İnanıram ki, gələcəyi var. Azərbaycanda elə bir insan tanımıram ki, "Qarabağ"a, bu kluba ürəkdən bağlı olmasın. Bu ada görə bütün Azərbaycan "Qarabağ" olmalıdı. Məncə klub da uğurları ilə bu yerə layiqdi".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right