"Zirə"dən qələbə, "Sumqayıt" - "İnter" matçında qollu heç-heçə YENİLƏNİB

Bu gün Premyer Liqada XVI tura yekun vurulacaq.
 

Newsport.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

"Zirə" öz meydanında "Kəpəz"i qəbul edəcək. Bu oyun turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalar üçün mühüm əhəmiyyət kəsb edir. Qələbə sayəsində "Kəpəz" 5-ci, "Zirə" isə 4-cü pilləyə yüksələ bilər.

Günün digər oyununda isə "İnter" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Zaur Svanadzenin komandası cari mövsüm hər iki görüşdə bu rəqibinə qalib gəlsə də, onları son vaxtlar yaxşı təsir bağışlayan "Sumqayıt"la asan oyun gözləmir.
 



4 fevral 

Azərbaycan Premyer Liqası

XVI tur

14:00 “Zirə" - “Kəpəz”  1:0

Qol: Nurlan Novruzov, 38

Qırmızı vərəqələr: Sezar Meza Kolli, 29 ("Zirə"), Renan Alveş, 90+4 ("Kəpəz")
Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Coşqun Həsənov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu

16:30 “Sumqayıt” - “İnter”  1:2

Qollar: Mirabdulla Abbasov, 18 (pen.), Nicat Muxtarov, 90 - İlkin Qırtımov, 47, Rauf Əliyev, 88
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüqar Bayramov, Cəmil Quliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
“Kapital Bank Arena” 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right