Azərbaycan Premyer Liqasının XVI turunda doğma meydanda “Neftçi” ilə qarşılaşan “qırmızı-qaralar” minimalhesablı qələbəyə sevinib.
Görüş başa çatdıqdan sonra yarımmüdafiəçi oyun haqqında fikirlərini bölüşüb: “Sumqayıt”la matçdan sonra mütləq qələbə lazım idi. Nəticəyə oynayırıq və qələbə qazandığımız üçün şadıq”.
- Qalibiyyət çətinliklə əldə edildi. Necə düşünürsüz “Qəbələ” istənilən formada deyil, ya “Neftçi” yaxşı mübarizə apardı?
- Bilirsiz, bizim bütün matçlarda kifayət qədər vəziyyətlərimiz olur, sadəcə reallaşdırma ilə bağlı problemlər olur. İnanıram ki, bundan sonra daha rahat qələbə qazanacağıq.
- Hakimlərlə bağlı nə demək istərdiz?
- Heç nə danışmaq istəmirəm o barədə.
- Öz oyunun barəsində nə deyə bilərsən?
- İlk hissədə zəif oynadım, ikinci hissədə nisbətən düzəldi.
- Keçən dövrənin sonunda demişdin ki, mənə tam formaya düşmək üçün bir toplanış lazımdı. İndi necə düşünürsən?
- Yəqin ki, 2-3 oyuna hər şey yaxşı olacaq.
- Doğrudur, hələ tezdir, ancaq bəllidi ki, çempionluq uğrunda iki komanda mübarizə aparacaq...
- Biz artıq çempionluq haqqında danışmırıq. Söz vermişik ki, çempionluq haqqında nəsə deməyək. Hər oyuna qələbə üçün çıxırıq, axırda da nə ola-ola.

























