Elxan Abdullayev: "Bununla məşğul olmaq mənim işim deyil"

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "Neftçi" oyunundan sonra qonaqların baş məşqçisi Elxan Abdullayev mətbuat konfransı keçirib.

Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumatına görə, mütəxəssis Allaha müraciət etdi. - Rəqibi təbrik edirəm. Komandamdan razı qaldım. Futbolçularımız yaxşı oyun nümayiş etdirdi. Doğrudu, bütün 90 dəqiqəni eyni səviyyədə keçirmədilər. Ancaq bütünlükdə razıyam. 

- Qış fasiləsindən sonra hakimlər "Neftçi"nin 5 xalını oğurlayıb. Sizə elə gəlmir ki, "Neftçi"nin əvvəlki rəhbərliyinin qol gücünə hakimlərə təzyiq göstərmək taktikası ziyalı münasibətdən daha düzgün idi?

- Mənim işim komandanı hazırlayıb oyuna çıxarmaqdı.Çünki bununla məşğul olmaq mənim işim deyil.Hakimlərin oyununa nəzarət edən qurum var. İndi mən burda etiraz etməklə, heç nə dəyişməyəcək. Göydən də Allah baxır. 

 - Komandanız müdafiədə inamlı təsir bağışlasa da, hücumçular barədə eyni sözü demək olmaz...

- Razıyam. Bu gün hər iki yeni hecumçumuza şans verdim. Onların adaptasiya olması üçün zamana ehtiyac var. Razıyam ki, bu gün istədiyimiz səviyyəni ortaya qoymadılar.

- Köməkçinizin texniki zonadan kənarlaşdırılması nə ilə bağlı idi?

- Oyunda biri emosiyasını saxlaya bilir, digəri yox. Yaxşı olardı ki, belə hallar yaşanmasın. Biz bütün diqqətimizi oyuna yönəltməliyik. Bu barədə çox danışmaq istəmirəm. İntizam Komitəsinin iclası olacaq, orda bu məsələyə aydınlıq gətiriləcək. Biri nəsə söz dedi, o biri də ona cavab qaytardı.

Mərdan Həsənov. Qəbələ





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right