"Hakim köməkliyi ilə xal və xallar mənə lazım deyil" - Qriqorçuk

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "Neftçi" oyunundan sonra meydan sahiblərinin ba. məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib.

Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumatına görə, ukraynalı mütəxəssis hakim kömıəyi ilə xala ehtiyac duymadıqlarını bildirib.

- Qeyd etmişdiniz ki, sizə qaçan yox, qol vurmağı bacaran hücumçuya ehtiyac duyursunuz. Subotiçi bu cür forvard saymaq olar?

- Bugünkü oyun göstərdi ki, bəli! Hücumçularımı tənqid etmişəm. Ancaq bununla yanaşı, onlara dəstəyimi dəgöstərirəm. Forvardlarda bu cür hallar olur. Vurmadıqca, tutulurlar. Ümid edirəm ki, bu uğursuzluq arxada qalacaq.

- Bu gedişlə "Qəbələ"nin heyətində ən çox qırmızı vərəqə alan siz olacaqsınız...

- Xoş deyil, amma rekord rekorddu. O ki qaldı epizoda, buna sadəcə, gülürəm. Çünki adi qərara emosional reaksiya verdikdə, qonaq komandanın ehtiyat oyunçular skamyasından kimsə üstümə şığıyır, əlini gözümə soxur. Özü də həmin adam heç baş məşqçi də deyil. "Neftçi"nin baş məşqçisinə böyük hörmətim var. Hadisə isə bizim ev sahibi olduğumuz oyunda baş verir. Nəticədə, məni meydandan qovurlar.

- Qol ofsayddan vuruldu.Bu bir təsadüf idi, ya qərəz?

- Mənə bu barədə məlumat verdilər. Epizodun təkrarına baxmaq lazımdı. Ancaq hakim köməkliyi ilə xal və xallar mənə lazım deyil. Sadəcə, bizə qarşı o qədər ədalətsizliklər olur ki... İstəmirəm, nə bizə kömək etsinlər, nə də rəqiblərimiz hakim köməkliyi ilə xal ehtiyatlarını artırsın. Mübarizənin şəffaf keçməsini arzulayıram.

Mərdan Həsənov. Qəbələ





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right