"Sumqayıt" "İnter" ilə oyuna 2 itki ilə çıxacaq

Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə "İnter"in qonağı olacaq "Sumqayıt" hazırlıqlarını davam etdirir. 

 

Newsport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov sözegedən qarşılaşmada iki futbolçusunun ximdətindən istifadə edə bilməyəcək. Belə ki, zədəli Mikayıl Rəhimov və Vaquf Güləliyev komanda ilə birlikdə məşq edə bilmirlər. 

 

Rəhimov yaxın günlərdə komanda ilə birgə məşqlərə qoşulacaqsa, Güləliyev mövsümün sonuna qədər zədəsini bərpa etməli olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right