"Qəbələ" və “Qarabağ” qalib gəldi YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək. 

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk oyununda AZAL “Qarabağ”ı qəbul edəcək. Bu matçı autsayderlə liderin qarşıdurması da adlandırmaq olar. 

Günün ikinci, daha çox maraq doğuran oyunu isə Qəbələdə baş tutacaq. “Qəbələ” “Neftçi” ilə üz-üzə gələcək. Hər iki tərəfin meydana 3 xal üçün çıxacağı şübhəsizdir.

Yenilənmiş “Neftçi”nin “Qarabağ”ın ardınca digər çempionluğa iddialı “Qəbələ” sınağından necə çıxacağı maraq doğurur. 

Azərbaycan Premyer Liqası

XVI tur

3 fevral

17:00 “Qəbələ” - “Neftçi” - 1:0 

Qol: Subotiç, 77
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu

15:00 AZAL - “Qarabağ” - 1:2 
Qol: 
Rəşad Abdullayev, 7 (1:0), Maksim Medvedyev, 60 (1:1), Coşqun Diniyev, 63 (1:2)
Qırmızı vərəqə: Sadio Tounkara, 45+2 (AZAL)
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Asim Xudiyev
“AZAL Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right