Newsport.az-ın məlumatına görə, Qazaxıstan təmsilçisi bir müddətdi baxışda olan futbolçunu heyətində saxlamaqda maraqlı olsa da, onun təklif etdiyi şərt klubu razı salmayıb.
Əldə etdiyimiz məlumata görə, futbolçunun müqaviləsinin detallarına atası qarışıb. Atası müqavilədə oğlununun daim əsas heyətdə oynamasını təmin edəcək bəndin olmasını istəyib. Ancaq qarşı tərəf bununla razılaşmayıb.
Qeyd edək ki, Məsimov müqavilə ilə Sloveniyanın "Domjale" klubuna məxsusdur. O, müqavilə imzalasa idi, "Okjepets"də icarə əsasında çıxış edəcəkdi.