Arif Əsədov: "İnter"in qapalı futbol oynayacağını bilirdik"

Premyer Liqanın IX turunda keçirilən “Neftçi” – “İnter” görüşü qolsuz bərabərliklə başa çatdı.

Newsport.az-ın məlumatına görə,  oyundan sonra “Neftçi”nin baş məşqçisi Arif Əsədov fikirlərini açıqlayıb:

"Meydançaya qələbə arzusu ilə çıxmışdıq. Bilirdik ki, “İnter” qapalı oyun sərgiləyəcək. Ona görə də üç hücumçu ilə mübarizə apardıq. İlk hissədə bərabər oyun olsa da, ikinci hissədə biz daha üstün idik. 

Qol epizodları var idi. Lakin bundan istifadə edə bilmədik.  Bu oyunda Emin Balayevə şans verdik. Zaman keçdikcə ona daha çox güvənəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right