I Divizionda mübarizə aparan “Şahdağ” qış transfer pəncərəsində heyətini daha üç futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, qusarlılar "Turan Tovuz"dan yarımmüdafiəçi Vüqar Asaliyev, "Bakılı"dan qapıçı Ələkbər İsmayılov və hücumçu Musa Musayevi transfer edib.
Qeyd edək ki, hər üç futbolçu mövsümün sonunadək "Şahdağ"ın uğurları üçün çalışacaq.