Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XVI tura start verilib.
Newsport.az-ın məlumatına görə, “Qarabağ” səfərdə AZAL-ın qonağı olub. Ağdam klubu qarşılaşmada 3:1 hesabıyla öndə olmasına baxmayaraq, üstünlüyü sona qədər qoruya bilməyib. "Təyyarəçilər" iki qol vuraraq hesabı bərabərləşdirib. Qarşılaşma 3:3 hesabıyla başa açtıb.
AZAL - “Qarabağ” - 3:3
Qollar: Renat Aşurov, 17 (1:0), Elgün Nəbiyev, 25 (1:1), Salman Cəfərov, 46 (1:2), Vüqar Nadirov, 50 (1:3) Elçin İsmayılov, 61 (2:3), Eltun Hüseynov, 81 (3:3)