“Ən ağır oyunlardan birini keçirdik. Çox vacib qələbə qazandıq. Məncə Arxada qalan turlar ərzində ən yaxşı oyun oldu bu qarşılaşma. Bizim daha əvvəl də, ötən mövsüm "Qəbələ”ylə belə oyunumuz olmuşdu".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “Xəzər Lənkəran”la oyundan (3:2) sonra keçirdiyi mətbuat konfransında deyib.
Rəqib haqda xoş sözlər deyən mütəxəssis futbolçularının çıxışndan razı qaldığını bildirib: “Xəzər Lənkəran” yaxşı komandadır. Bəlkə də çempionatda ən baxımlı oyun göstərən komandadır. Biz diqqətli olmalıyıq. Oyuna nəzarəti bir anlıq əldən vermişdik. Lakin futbolçularımız sona kimi döyüşdülər. Hesab 3:0 olanda mən əvəzetmələr etmək istəyirdim, amma deyəsən, gecikdim. Buna görədə iki əvəzləməni birdən etdim. Qələbə qazandığımız üçün şadam. Növbəti turda “İnter”ə qarşı çətin oyunumuz var. Həmin qarşılaşmaya ciddi hazırlaşmalıyıq”.