"İdman Azərbaycan” telekanalı tərəfindən "Mannequin Challenge” keçirilib.
Newsport.az-ın məlumatına görə, maraqlı flaşmob telekanalın 8 yaşının tamam olmasına həsr edilib.
"Mannequin Challenge” flash-mobu ötən ilin oktyabrında yayılmağa başlayıb və tez bir zamanda Azərbaycanda da gənclərin diqqətini çəkib. Ölkə teleməkanında ilk dəfə bu ideyanı İdman Azərbaycan telekanalının əməkdaşları həyata keçiriblər.