Sabiq "Qarabağ"lı I Divizion klubunda

I divizonda mübarizə aparan "Bakılı" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. 

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi "Rəvan"ın futbolçusu Elnur Abdulovu heyətinə cəlb edib. 

Qeyd edək ki,  24 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Qarabağ", "Sumqayıt" və "İnter" kimi klublarda çıxış edib. Yarımmüdafiəçi U-17, U-19 və U-21 yığmalarımızın formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right