Rəşad Sadıqova "Qarabağ"da yeni vəzifə verildi

UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vuran Rəşad Sadıqov bu mövsümün əvvəlindən “Qarabağ”ın U-19 komandasını çalışdırır. Sadıqov klubda məşqçilik fəaliyyətinə başladığı gündən digər yaş qruplarında olan komandalara da köməklik göstərir, onlarla yaxından maraqlanırdı. Bu barədə bir müddət əvvəl mətbuatda məlumat yer almışdı.

Newsport.az-ın məlumatına görə, Qurban Qurbanov akademiyada işin keyfiyyətini artırmaq üçün Rəşad Sadıqova yeni iş həvalə eləyib. Belə ki, bundan sonra Sadıqov U-19-da baş məşqçi olmaqla yanaşı, U-17,U-16 və U-15 komandalarına cavabdeh olacaq və klubda koordinator vəzifəsində çalışacaq. Məşqçilərin fəaliyyətinə, seleksiya işlərinə və digər məsələlərə sorumlu məhz Rəşad Sadıqov olacaq.

Qeyd edək ki, Rəşad Sadıqov bu il aprelin 24-dən etibarən UEFA-nın PRO kateqoriyalı məşqçi kurslarına qatılacaq.  

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right