"Kəpəz" - "Zirə" və "Neftçi" - "Qəbələ" matçlarının yeri dəyişdirildi

Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının XVI turunda bəzi dəyişikliklər edib.

Newsport.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Topaz Premyer Liqasının XVI turunun “Kəpəz” – “Zirə” görüşü Gəncə şəhər stadionunun durumu ilə əlaqədar olaraq Zirə İdman Kompleksində baş tutacaq. Topaz Premyer Liqasının IV dövrəsinin “Zirə” – “Kəpəz” oyunu “Kəpəz” – “Zirə” görüşü kimi qeydə alınacaq.

Topaz Premyer Liqasının XVI turunun “Neftçi” – “Qəbələ” görüşü əvvəlcədən nəzərdə tutulduğu kimi 8-ci kilometr qəsəbə stadionunda deyil, Qəbələ şəhər stadionunda reallaşacaq. IV dövrənin bu komandalar arasında baş tutacaq oyunu isə  “Neftçi” – “Qəbələ” oyunu kimi qeydə alınacaq.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right