Ozancan Kökcü millimizdən imtina etdi

"Feyenoord"un futbolçusu Ozancan Kökçü millimizdən aldığı dəvəti qəbul etməyib.

 

Newsport.az xəbər verir ki, o,  Hollandiya yığmasından dəvət gözlədiyi üçün millimizdə oynamaqdan imtina edib.

 

Qeyd edək ki, Kökcü Hollandiyanın 17 yaşadək futbolçulardan ibarət millisində çıxış edib və 14 oyuna 2 qol vurub.

 

Xatırladaq ki, 2016-cı ilin sonlarında AFFA Ozancan Kökcüyə müraciət edərək onu millimizə dəvət etmişdi. Türkəsilli futbolçu bu təklifi qəbul edərək bu ay U-21 millimizin Antalyada keçirilən təlim-məşq toplanışına qatılmışdı. O, Qazaxıstana qarşı keçirilən yoxlama oyununda (2:2) bir qol da vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right