Newsport.az-ın məlumatına görə, Ruslan Qurbanov sarı vərəqə limitini doldurduğuna görə, bakılılarla matçı buraxacaq. Bundan başqa dizindən ciddi zədə alan Rafael Santosun da "ağ-qaralar"a qarşı iştirak etməyəcəyi dəqiqdi.
Komandanın digər itkisi isə Asif Məmmədovdu. Əldə etdiyimiz məlumata görə, yarımmüdafiəçi bu gün appendisit ağrılarından əməliyyat olunub. O, 5-6 gün məşqlərdən kənarda qalacaq.
Qeyd edək ki, "Neftçi" - "Qəbələ" matçı fevralın 3-də, saat 18:00-da start götürəcək.