“Zirə” heyətinə yeni futbolçu cəlb edib.
Newsport.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi qanalı hücumçu Riçard Qadze ilə ilyarımlıq müqavilə imzalayıb.
Qeyd edək ki, 2012-ci ildə vətənində “Ebusua” klubunda peşəkar karyerasına başlayan 22 yaşlı hücumçu 3 il sonra Hindistan təmsilçisi “Delhi Dinamos”a keçib. Riçard həmçinin, icarə əsasında Finlandiyanın HİK klubunda da çıxış edib.