Bolqarıstan klubunun bəyənmədiyi futbolçu "Turan Tovuz"da

İkinci dövrənin hazırlığını doğma Tovuzda davam etdirən "Turan Tovuz" heyətini 4 yeni futbolçu ilə gücləndirib. 
 

Newsport.az-ın məlumatına görə, vaxtilə "Fənərbağça" və aşağı yaş qrupu üzrə yığmalarımızın şərəfini qorumuş, son olaraq "Rəvan"da çıxış edən Mirkamil Haşımlı, Tovuz futbolunun yetirməsi, ilk dövrəni "Şərurspor"da keçirən Rəşad Orucov, "Bakılı"dan Timur Dadaşov və Mehman Behbudov mövsümün qalan hissəsində "Turan Tovuz"un uğurları üçün tər tökəcəklər.

Qeyd edək ki, Mirkamil Haşımlı təxminən 1 ay öncə Bolqarıstanın "Slaviya" klubuna baxışa dəvət edilsə də, bəyənilməyərək geri qaytarılmışdı. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right