Azərbaycan Premyer Liqasının 16-cı turunda Gəncədə “Zirə” ilə oynayacaq “Kəpəz” bu gündən qarşıdakı matç üçün məşqlərə başlayıb.
Newsport.az-ın məlumatına görə, “İnter” ilə görüşdən sonra bərpaedici proseduradan (sauna, baseyn, masaj) keçən komanda dünən istirahət edib.
“Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq edib. Hazırlıq prosesi saat 11:00-da başlayıb. Gəncə klubu fevralın 1-i və 2-si tarixlərində də eyni məkanda və eyni saatda məşqə çıxacaq.